Birinci vitse-prezident onu təbrik edənlərə müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Birinci vitse-prezident onu təbrik edənlərə müraciət ünvanlayıb

13:23 - 01 / 09 / 2018
Birinci vitse-prezident onu təbrik edənlərə müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə Azərbaycanın və xarici ölkələrin tanınmış ictimai-siyasi, elm və təhsil xadimlərindən, ziyalılardan, sadə vətəndaşlardan çoxsaylı təbrik məktubları daxil olub.

Təbrik məktublarında Birinci vitse-prezidentin müasir Azərbaycanın dövlət idarəçiliyində və inkişafında oynadığı yüksək rola böyük dəyər ifadə olunur, ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi humanist və xeyirxah fəaliyyəti yüksək qiymətləndirilir.

Təbrik məktublarında Mehriban xanıma dərin hörmət, məhəbbət, inam və etimad ifadə olunur.

Birinci vitse-prezident Mehriban Əliyeva onu təbrik edənlərə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Əziz dostlar,

Doğum günüm münasibətilə çoxlu təbriklər almışam. Ən müxtəlif insanlar mənə səmimi arzularını, ürək sözlərini ünvanlayırlar. Tələbələr və pensiyaçılar, həmvətənlərimiz və xaricdəki dostlarımız mənə məktub yazırlar. Çox təəssüf ki, sizin hər birinizə şəxsən cavab verməyə fiziki baxımdan imkanım yoxdur. Lakin mənə ünvanladığınız səmimi sözlərə, fəaliyyətimə verdiyiniz xoş və yüksək qiymətə görə hamınıza ürəkdən təşəkkür edirəm. Hər bir təbrik mənim üçün dəyərlidir və mənə müsbət enerji verir.

Əziz dostlar,

Biz dinamik inkişaf edən dünyada yaşayırıq. Baş verən bütün dəyişikliklərə baxmayaraq insanlıq və saflıq, səmimilik və xeyirxahlıq, mərhəmət və sevgi həmişəki kimi başlıca dəyərlər olaraq qalır.

Mən sizin sevginizi və dəstəyinizi həmişə hiss etmişəm. Sizin xoş diləkləriniz mənim fəaliyyətimə verilən ən yüksək qiymətdir. Buna görə sağ olun. İnanın ki, bu, doğum günü üçün ən yaxşı hədiyyədir.

Əziz dostlar,

Diqqətinizə və səmimi təbriklərinizə görə sizin hamınıza bir daha ürəkdən təşəkkür edirəm.

Sizin hamınıza xoşbəxtlik, cansağlığı, nurlu, sevgi ilə dolu həyat, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm”.

AZƏRTAC

Paylaş:
905

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər