Asim Mollazadə: Prezidentin Rusiyaya səfəri münasibətlərimizə yeni təkan verib | 1news.az | Xəbərlər
Siyasət

Asim Mollazadə: Prezidentin Rusiyaya səfəri münasibətlərimizə yeni təkan verib

16:12 - 03 / 09 / 2018
Asim Mollazadə: Prezidentin Rusiyaya səfəri münasibətlərimizə yeni təkan verib

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri iki ölkə arasında çoxşaxəli münasibətlərə yeni təkan verib.

Bunu 1news.az-a açıqlamasında Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünün yekunlarını şərh edən millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, ilk növbədə səfər çox mühüm enerji və nəqliyyat layihələri üzərində aparılan birgə işlər, ticarət dövriyyəsinin daha da artırılması baxımında əhəmiyyət daşıyır:

“Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əlaqələrin artırılması qarşılıqlı maraq kəsb edən sahədir və bu istiqamətdə son illər böyük artım olub. Bizim ölkələrimiz təhlükəsizlik məsələləri və terrorla mübarizə sahəsində də əməkdaşlıq edir. Rusiya Azərbaycanın Silahlı Qüvvələrini silahlara təchiz etməkdə davam edəcək və bu istiqamətdə əməkdaşlıq daha da genişlənə bilər”.

Deputat deyib ki, Bakı üçün ən əsas məsələ Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstəyidir:

“ATƏT-in Minsk qrupunun həmsədri və Ermənistan üzərində çox böyük bir imkanlara malik ölkə olaraq Rusiya bu münaqişənin həllində Azərbaycana dəstək verə bilər və biz bunu gözləyirik”.

A.Mollazadə əlavə edib ki, Ermənistan Rusiyanın tam nəzarətində olan ölkədir və bu, dəyişməz olaraq qalır:

“Baxmayaraq ki, Ermənistanda hakimiyyət müvəqqəti dəyişib, lakin vəziyyət dəyişməyib və dəyişməyəcək. Çünki Ermənistan müstəqil ölkə olmadığı üçün Rusiya münaqişənin həllində aparıcı rol oynaya bilər. İndiyə kimi keçmiş SSRİ ərazisidə heç bir münaqişə həllini tapmayıb, əksinə, münaqişələrin sayı artıb. Mən Dağlıq Qarabağ münaqişəsinin tam həllini gözləmirəm. Amma istisna deyil ki, Rusiya Ermənistana təzyiq göstərmək üçün bəlkə də Azərbaycanın hansısa ərazilərini azad etməkdə səylər göstərsin”.

P.Sultanova

 

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər