AŞPA Bürosu payız sessiyasının gündəliyinə baxacaq | 1news.az | Xəbərlər
Siyasət

AŞPA Bürosu payız sessiyasının gündəliyinə baxacaq

12:09 - 03 / 09 / 2018
AŞPA Bürosu payız sessiyasının gündəliyinə baxacaq

Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun iclası öz işinə başlayıb.

1news.az xəbər verir ki, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iclasda iştirak edir.

Büro 8-12 oktyabr tarixlərində Strasburqda keçiriləcək AŞPA-nın payız sessiyasının gündəliyi müzakirə ediləcək, Monitorinq Komitəsinin, Prosedur qaydalar, İmmunitetlər və İnstitusional İşlər Komitəsi və Avropa İnsan Hüquqları Məhkəməsində Hakimlərin Seçki Komitəsinin tərkibinə baxacaq. 

Həmçinin, Türkiyədə 24 iyun erkən seçkilərdə müşahidə missiyasının hesabatı, Gürcüstanda 28 oktyabr prezident seçkiləri ilə bağlı müşahidə missiyasına dair müzakirələr aparılacaq.

P.Sultanova

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər