XİN rəsmisi Türkiyənin Gəncədəki yeni baş konsulunu qəbul edib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul etdi.
1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş əsnasında Zəki Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.
Pərvin Mirzəzadə Zəki Öztürkə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
P.Sultanova
361