Məşhur istirahət mərkəzində ərəbin külli miqdarda pulu oğurlanıb

Bakıda məşhur istirahət mərkəzində oğurluq olub.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Səbail rayonu, Şıx çimərliyində yerləşən “Min bir gecə” istirahət mərkəzində turist kimi istirahət edən İraq vətəndaşı Mocyad Qasım Muhammed Səbail Rayon Polis İdarəsinə müraciət edərək həmin obyektdə 2500 dollar və 2000 manat pulunun oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
S.Xankişiyeva
582