Rusiya Putin-Paşinyan görüşündən açıq və ciddi müzakirə gözləyir | 1news.az | Xəbərlər
Rəsmi

Rusiya Putin-Paşinyan görüşündən açıq və ciddi müzakirə gözləyir

09:41 - 06 / 09 / 2018
Rusiya Putin-Paşinyan görüşündən açıq və ciddi müzakirə gözləyir

Rusiya tərəfi prezident Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən açıq və ciddi müzakirələr gözləyir.

1news.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

"Hər iki tərəfdə yığılıb qalmış çoxlu məsələlər var. Bunlar həm ikitərəfli əlaqələr, həm də beynəlxalq təşkilatlarda birgə işlə bağlıdır. Məsələn, KTMT, Avrasiya İqtisadi Birliyi və s.”, Uşakov əlavə edib.

Qeyd edək ki, Putin və Paşinyan sentyabrın 8-də Moskvada görüşəcəklər.

P.Sultanova

Paylaş:
510

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər