Millətlər Liqası: Azərbaycan Maltaya qarşı | 1news.az | Xəbərlər
Futbol

Millətlər Liqası: Azərbaycan Maltaya qarşı

17:15 - 10 / 09 / 2018
Millətlər Liqası: Azərbaycan Maltaya qarşı

Bu gün Azərbaycan Futbol üzrə UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.

1news.az-ın məlumatına görə, millimiz qrup mərhələsi çərçivəsində səfərdə Malta ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu monteneqrolu hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, qrup mərhələsinin ilk oyununda millimiz Bakıda Kosovo yığmasını qəbul edib. Olimpiya Stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb.

Hazırda Farer adaları 3 xalla qrupda birinci pillədə qərarlaşıb. Azərbaycan və Kosovo 1 xalla ikinci-üçüncü, xalı olmayan Malta isə sonuncu pillədədir.

Məlumat üçün bildirək ki, UEFA Millətlər Liqası — UEFA-ya üzv olan federasiyaların kişi milli futbol komandaları arasında keçirilən futbol turniridir. Liqanın format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqlənib.

Buna görə 55 komanda 2017-ci il UEFA milli komandalar sıralamasına görə dörd diviziyaya ayrılıb. A diviziyasında 12, B diviziyasında 12, C diviziyasında 15 və D diviziyasında 16 komanda var.

Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayacaq. Oyunlar hər matç həftəsində 2 oyun olmaqla 2018-ci ilin sentyabr, noyabr tarixlərində oynanacaq.

Ən yuxarı diviziya olan A diviziyasının qrup birinciləri 2019-cu il 5-9 iyul tarixlərində UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşacaq. Final mərhələsi püşkdən sonra bəlli olacaq və 2 yarı final oyunu və son final matçından ibarət olacaq.

Ev sahibi ölkə 4 yarı finalist komanda arasından 2018-ci ilin dekabr ayında müəyyənləşdiriləcək.

Bu turnirin maraqlı tərəflərindən biri də komandaların alt diviziyaya düşmə və üst diviziyaya qalxa bilməsidir. B, C, D diviziyasının komandaları bir üst diviziyaya yüksələ bilər. A, B, C diviziyasının komandaları isə bir alt diviziyaya enə bilər.

Qruplardakı komanda sayının fərqliliyinə görə C diviziyasının ən pis mübarizə aparan qrup üçüncüsü də D diviziyasına enəcək.

AVRO-2020-nin seçmə mərhələsinin püşkatması zamanı yığmaların səbətlərə bölünməsi məhz Millətlər Liqasının nəticələrinə görə gerçəkləşəcək.

Bundan başqa, hər liqadan 1 komanda AVRO-2020-nin final mərhələsinə yüksələcək. Seçmə mərhələdə vəsiqə qazanmayanlar arasında öz qrupunda ən yaxşı olanlar 2020-ci ilin martında pley-offa xoşbəxtlər sırasına düşmək üçün döyüşəcək.

1news.az

Paylaş:
888

Son xəbərlər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıbBu gün, 13:21COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13
Bütün xəbərlər