Maştağadakı 187 nömrəli tam orta məktəb əsaslı təmir edilib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Maştağadakı 187 nömrəli tam orta məktəb əsaslı təmir edilib – FOTO – YENİLƏNİB

12:26 - 13 / 09 / 2018
Maştağadakı 187 nömrəli tam orta məktəb əsaslı təmir edilib – FOTO – YENİLƏNİB

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Məktəbin direktoru Nailə Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Diqqətə çatdırıldı ki, 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. 1959-cu ildən təhsil müəssisəsinə Cəfər Cabbarlının adı verilib. 1991-ci ildə təhsil ocağının ikinci korpusu inşa edilib. Məktəbin binasında 2008-ci ildə cari təmir işləri aparılıb. 2018-ci ilin iyun ayında isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbdə əsaslı təmirə başlanılıb. Qısa vaxt ərzində təmir işləri yüksək səviyyədə aparılıb.

Məktəbdə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısına bildirildi ki, burada 2362 şagird təhsil alır. Yeni dərs ilində 265 nəfər birinci sinfə gedəcək. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb lazımi avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də yeni avadanlıqlar quraşdırılıb. Təhsil ocağının idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün bütün şərait yaradılıb. Məktəbin akt zalında müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb.

Burada məktəblilərin yüksək texnologiyalar sahəsində biliklər əldə etmələri üçün kompüter otaqları var. Şagirdlərin ixtiyarında zəngin kitabxana, oxu zalı da olacaq. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri həyata keçirilib, idman meydançası yaradılıb. Bu gün 82 yaşı olan bu məktəbdə keyfiyyətli təhsilə yiyələnmək üçün bütün şərait yaradılıb. Təhsil ocağında tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Burada 158 pedaqoq, 45 texniki heyət fəaliyyət göstərir. Bir çox uğurları olan təhsil müəssisəsi 2010-cu ildə “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbin məzunlarının ali məktəblərə qəbul səviyyəsi ildən ilə artır. Bu il bu göstərici 50 faiz təşkil edib.

Son illərdə ölkəmizdə yeni məktəb binalarının inşası və əlavə korpusların tikintisi bir daha təsdiqləyir ki, dövlətin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər həm də onu göstərir ki, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar var. Dövlətin həyata keçirdiyi siyasətə hər zaman dəstək olan Heydər Əliyev Fondu da bu işlərə öz töhfəsini verir. Bu gün təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.

10:46

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına məktəbdə görülən işlər barədə məlumat verildi.

S.Xankişiyeva

 

Paylaş:
4514

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər