Prezident Azərbaycan Turizm Şurasının tərkibində dəyişiklik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Azərbaycan Turizm Şurasının tərkibində dəyişiklik edib

11:38 - 13 / 09 / 2018
Prezident Azərbaycan Turizm Şurasının tərkibində dəyişiklik edib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dəyişikliyə əsasən “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə “İnam Kərimov” sözləri “Ülvi Mehdiyev” sözləri ilə əvəz edilir.

S.Xankişiyeva

 

Paylaş:
805

Son xəbərlər

Bütün xəbərlər