İlham Əliyev Maştağadakı 28 nömrəli tam orta məktəbin açılışında iştirak edib - FOTO - YENİLƏNİB
Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.
1news.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məktəbin direktoru Qənirə Əmircanova Prezident İlham Əliyevə yeni məktəb binasında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, bu təhsil ocağının təməli 2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Qeyd olundu ki, Savalan yaşayış massivinin əhalisinin sayı 25 min nəfərdən çoxdur. Əvvəllər yaşayış massivində məktəb olmadığından şagirdlər təhsillərini rayonun Maştağa, Zabrat və digər qəsəbələrindəki təhsil ocaqlarında alırdılar. Üçmərtəbəli yeni məktəb binasının inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib.
Sonra dövlətimizin başçısı məktəbin bir qrup müəllim və şagirdi ilə görüşdü.
Prezident İlham Əliyev görüşdə çıxış etdi.
Valideyn Hacıbala Babayev dövlətimizin başçısına yeni məktəb binasının inşasına görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı müəllimlərlə söhbət etdi.
Daha sonra Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış oldu.
Diqqətə çatdırıldı ki, təhsil müəssisəsi 960 şagird yerlikdir. Burada sinif otaqları bütün zəruri dərs ləvazimatları ilə təchiz edilib. Məktəbdə birinci sinif şagirdləri üçün hələlik 5 sinfin açılması nəzərdə tutulur. Onların hər birində 24 şagirdin təhsil alması planlaşdırılıb. Ehtiyac yarandığı halda əlavə siniflərin açılması üçün də imkanlar var. Birinci siniflərin şagirdləri dərslik və məktəbli çantaları ilə təmin olunublar. Ümumilikdə, məktəbdə kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya, fənn kabinetləri və laboratoriyalar, müəllimlər, tibb, arxiv otaqları var. Məktəbin fizika, kimya və biologiya laboratoriyalarında şagirdlərin nəzəri biliklərini artırmaları üçün hərtərəfli imkan yaradılıb. Gənclərin çağırışaqədərki hazırlıq kabineti də zəruri avadanlıqla təchiz olunub.
Təhsil müəssisəsindəki əmək təlimi otaqlarında şagirdlər bacarıqlarını nümayiş etdirə və peşə vərdişlərini üzə çıxara biləcəklər. Məktəbin zəngin kitabxanası da müasir səviyyədə qurulub. Şagirdlərin ixtiyarına veriləcək oxu zalında mütaliə etmək üçün hər cür şərait var. 200 nəfərlik akt zalında isə müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün bütün imkanlar yaradılıb. Şagirdlər ümumi sahəsi 540 kvadratmetr olan və bütün zəruri avadanlıqla təchiz edilən zalda idmanla məşğul ola biləcəklər.
Burada yaradılan şərait bir daha sübut edir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafı istiqamətində aparılan islahatlar bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu, hər şeydən əvvəl Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsi üçün dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Odur ki, son illər təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmirin aparılması mühüm əhəmiyyət kəsb edir.
Sonda xatirə şəkli çəkdirildi.
1news.az
11:06
Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.
1news.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış oldu.
Sonra dövlətimizin başçısı məktəbin müəllim-şagird kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
1news.az