Avstriyanın vitse-kansleri Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Avstriyanın vitse-kansleri Azərbaycana səfərə gəlib

10:16 - 18 / 09 / 2018
Avstriyanın vitse-kansleri Azərbaycana səfərə gəlib

Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe Azərbaycana işgüzar səfərə gəlib.

1news.az Avstriya mərbuatına istinadla xəbər verir ki, üç günlük səfər çərçivəsində vitse-kansler Azərbaycan rəhbərliyi, iqtisadiyyat naziri, gənclər və idman naziri və digər rəsmilərlə görüşlər keçirəcək.

Vitse-kansleri biznes nümayəndə heyəti müşayiət edir.

Haynts-Kristian Ştraxe Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının açılış mərasimində də iştirak edəcək. 

P.Sultanova

 

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər