Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır

10:40 - 24 / 09 / 2018
Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır

Azərbaycanın həyata keçirdiyi uğurlu aqrar siyasət nəticəsində ölkədə insanların qida ilə təmin olunması məsələsi öz həllini tapıb və indi aparılan işlərin məqsədi ərzaq təminatını daha da yaxşılaşdırmaqdır.

1news.az xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov Azərbaycanda dayanıqlı və kənd təsərüfatının dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasına töhfəsini sürətləndirmək mövzusunda Milli seminarda deyib.

O qeyd edib ki, Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinə mühüm önəm verir.
Ə.Əhmədov qeyd edib k, qlobal problemlər içərisində ayrı ayrı ölkələrdə insanların qidadan əziyyət çəkməsi mühün problemdir. O qeyd edib ki, iqlim dəyişikliyi ilə yanaşı iqtisadi gerimələr, müharibələr və münaqişələr dünyada ərzaq çatışmazlığına səbəb olur.

O bildirib ki, Azərbaycan BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı ilə əməkdaşlıqdan məmmundur. Hesab edirik ki, bu əməkdaşlıq Kənd tısırrüfatının təkmilləşdirilməsinə, ərzaq tıhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək

1news.az

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər