Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrini qəbul edib - FOTO

17:17 - 25 / 09 / 2018
Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrini qəbul edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Xüsusi Olimpiya Komitəsinin sədri Timoti Şriverin başçılıq etdiyi və dünya şöhrətli idmançılar Bart Konner, Nadya Komaniç və Vladimir Qribiçin daxil olduğu nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, dövlətimizin başçısı Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunun Azərbaycanda təşkilindən məmnunluğunu ifadə etdi və qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu tədbirin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.

Nümayəndə heyətinin üzvləri ölkəmizdə gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını vurğuladılar və təbriklərini çatdırdılar. Xüsusi Olimpiya Hərəkatının 50 illik tarixə malik olduğunu və dünyanın 172 ölkəsini əhatə etdiyini deyən Timoti Şriver Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunan Forumun Bakıda təşkil edilməsinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına, o cümlədən Formula-1 və hazırda Bakıda keçirilən cüdo üzrə dünya çempionatına və eləcə də digər mühüm yarışlara ev sahibliyi etməsini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev Xüsusi Olimpiya Hərəkatına və Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumuna ölkəmizin verdiyi töhfədən məmnunluğunu bildirdi, Xüsusi Olimpiya Hərəkatının 50 illiyi və əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı bütün dünyanı əhatə edən və özündə 5 milyona yaxın insanı birləşdirən bu hərəkatın əqli və fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiya olunması işinə verdiyi dəstəyin önəmini qeyd etdi və Azərbaycanda bu istiqamətdə mühüm tədbirlərin, o cümlədən bir sıra sosial proqramların həyata keçirildiyini vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

1news.az

Paylaş:
536

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər