ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirib

ATƏT-in bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində keçirdiyi monitorinq insidentsiz başa çatıb.
Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirib.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru keçiriblər.
Babək Cahandarov
440