Qondarma "DQR"in "ombudsman"ı istefa verdi | 1news.az | Xəbərlər
Siyasət

Qondarma "DQR"in "ombudsman"ı istefa verdi

10:25 - 27 / 09 / 2018
Qondarma "DQR"in "ombudsman"ı istefa verdi

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı qurumun “ombudsman”ı Ruben Melikyan istefa verib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki,  Melikyan “Azərbaycanın ermənilərə qarşı nifrət siyasətinə dair” xüsusi hesabat təqdim etdiyini, bununla 2016-ci il aprel müharibəsinə dair faktların toplanmasını başa çatdırdığını deyib.

“Bu işi bitirdim və hələ iki üç-ay əvvəl qəbul etdiyim istefa qərarını elan etmək istəyirəm".

O gələcəkdə QHT sektorunda çalışacağını, Qarabağı tərk edəcəyini deyib.

P.Sultanova

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər