Bu il “Greencard” qazanan azərbaycanlı məşhurlar kimlərdir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il “Greencard” qazanan azərbaycanlı məşhurlar kimlərdir?

10:48 - 28 / 09 / 2018
Bu il “Greencard” qazanan azərbaycanlı məşhurlar kimlərdir?

Son illərdə ABŞ-da qanuni şəkildə yaşamaq imkanı verən “Greencard” proqramına maraq artdığından Azərbaycandan müraciət edənlərin sayı da sürətlə çoxalır.

“Greencard Azərbaycan”dan (greencard.az) verilən məlumata görə, 2016-cı ildə 470, 2017-ci ildə 961, 2018-ci ildə isə 1203 nəfər azərbaycanlı “Greencard” qalibi olub. Bu saya həyat yoldaşı və uşaqların da sayı daxildir.

Bir məlumatı da diqqətinizə çatdırmaq istərdik ki, builki “Greencard” qaliblərinin içində məşhurlardan iki nəfər var. Onlardan biri Xalq artisti, “Natiq” ritm qrupunun solisti Natiq Şirinov, digəri isə 21 yaşlı model, 2018-ci ildə “Mister Azərbaycan” seçilən Şakir Əhmədzadədir.

Hər iki məşhur ABŞ-a yola düşməyə hazırlaşır və onların viza alması üçün sənədləşmə işləri başlanılıb.

Nağaraya hədsiz sevgisi olan Natiq Şirinovun məqsədi isə Azərbaycan nağarasını bütün dünyaya tanıtmaqdır. “İmkanlar ölkəsi” ABŞ-da bunu etmək daha asan olacaq.

Şakir Əhmədzadə Nyu-Yorkda model kimi çalışmağa başlayacaq və öz karyerasında daha yuxarı pillələrə qalxmağı planlaşdırır.

Qeyd: Ötənilki “Greencard” proqramında məşhurlardan həm Elariz Məmmədoğlu, həm də köhnə “Dəyirman” qrupunun üzvü, reper Elmir Məhərrəmov “Greencard” qalibləri olmuşdular.

Qalib olan şəxslərin hamısı ABŞ-a yola düşürmü?

Son illərdə qalib olub, amma getməkdən imtina edən şəxslərin sayı azalmaqdadır. Getmək istəməyən şəxslərin çoxu, əsasən, maddi problemlər səbəbindən bu addımı atırlar. Məhz bu problemi həll etmək üçün 2019-cu ildən başlayaraq, qalib olan şəxslərin ABŞ-a yola düşmələrini asanlaşdırmaq məqsədilə bəzi kredit təşkilatlarının dəstəyilə “Greencard Azərbaycan” şirkəti kredit təklif etməyi planlaşdırır.

Yəni, məsələn, uşaqlı bir ailənin ABŞ-a yola düşməsi üçün istər təyyarə bileti, istərsə də sənədləşmə prosesində digər xərcləri təxminən 5-10 min ABŞ dolları təşkil edir (ailə üzvlərinin sayına uyğun olaraq). Bəzən bu qədər pul toplaya bilmədiklərinə görə qalib olsalar belə, müştərilər ABŞ-a yola düşə bilmirlər.

ABŞ-da işləyib bu məbləği toplamaq çox da çətin olmur. Ona görə də imkanı az olan “Greencard” qaliblərinə bu formatda kömək göstəriləcək. Qeyd etmək istərdik ki, bu tipli kreditlər greencard.az saytından müraciət etmiş şəxslərə şamil olunacaq.

Eyni zamanda, bildirmək istərdik ki, greencard.az saytından proqrama sığortalı müraciət edib qalib olduqdan sonra təyyarə bileti və digər xidmətləri pulsuz əldə etmək mümkündür.

“Greencard” proqramına müraciət və ətraflı məlumat üçün bu linkə daxil olun.

Növbəti ilin proqramında (cavablar 2019-cu ilin may ayında açıqlanacaq) iştirak etmək istəyən şəxslər oktyabr ayının sonuna qədər müraciət etməlidirlər. 

1news.az

Paylaş:
2416

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər