İlham Əliyev Çexiyanın yeni səfirinin etimadnaməsini qəbul edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Çexiyanın yeni səfirinin etimadnaməsini qəbul edib – FOTO – YENİLƏNİB

16:55 - 03 / 10 / 2018
İlham Əliyev Çexiyanın yeni səfirinin etimadnaməsini qəbul edib – FOTO – YENİLƏNİB

Prezident İlham Əliyev oktyabrın 3-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Ekertin etimadnaməsini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, səfir Milan Ekert fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Milan Ekert etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin səviyyəsindən və ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə etdi, eyni zamanda, əlaqələrimizin Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığı baxımından da önəmini vurğuladı.

Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz həyata keçirilən əməkdaşlığın digər sahələrdə də yaxşı nəticə verməsində maraqlıdır və dövlətimizin başçısı buna nail olunacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev bu baxımdan parlamentlərarası, hökumətlərarası, biznes icmaları arasında əlaqələrin və qarşılıqlı səfərlərin bu işə yaxşı töhfə verə biləcəyini vurğuladı. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Fövqəladə və səlahiyyətli səfir Milan Ekert ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi, bu il həm Azərbaycanda, həm də Çexiyada respublika yaranmasının 100 illiyinin qeyd edilməsinin əlamətdar hadisə olduğunu dedi.

Səfir vurğuladı ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından keçən 25 il ərzində ikitərəfli münasibətlərimizin inkişafında böyük nəticələr əldə edilib. Milan Ekert səfirlik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

1news.az

Paylaş:
569

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər