Zakir Həsənov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
1news.az-ın məlumatına görə, aəfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Gürcüstan əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və digər məsələlər müzakirə olunub.
1news.az
459