Həmkarının qətlində şübhəli bilinən erməni deputat intihar edib | 1news.az | Xəbərlər
Ermənistan

Həmkarının qətlində şübhəli bilinən erməni deputat intihar edib

09:35 - 08 / 10 / 2018
Həmkarının qətlində şübhəli bilinən erməni deputat intihar edib

Ermənistan parlamentinin keçmiş üzvü Karo Karapetyanın qətlində şübhəli bilinən digər sabiq deputat Harutyun Karagezyan intihar edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, o, başından güllə  yarası ilə aşkar edilib.

"Həmçinin,  silah da aşkar edilib. İlkin versiyaya görə, o, intihar edib ", - deyə, Ermənistanın İstintaq Komitəsinin müşaviri Truzyan bildirib.

Xatırladaq ki, Karo Karapetyan dünən axşam restoranların birində öldürülüb. Harutyun Karagezyan cinayətdə şübhəli bilinirdi. Sabiq millət vəkilləri arasında mülkiyyət mübahisəsi var idi.

P.Sultanova

Paylaş:
535

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər