Ermənilər sutka ərzində atəşkəsi 30 dəfə pozub | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər sutka ərzində atəşkəsi 30 dəfə pozub

09:49 - 09 / 10 / 2018
Ermənilər sutka ərzində atəşkəsi 30 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, işğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

1news.az

 

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər