ATƏT cəbhə xəttində monitorinq keçirib | 1news.az | Xəbərlər
Siyasət

ATƏT cəbhə xəttində monitorinq keçirib

13:54 - 10 / 10 / 2018
ATƏT cəbhə xəttində monitorinq keçirib

ATƏT-in bu gün Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirib.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.

Babək Cahandarov

Paylaş:
385

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər