Respublika Partiyası baş nazir vəzifəsinə namizəd verməyəcək | 1news.az | Xəbərlər
Ermənistan

Respublika Partiyası baş nazir vəzifəsinə namizəd verməyəcək

09:35 - 10 / 10 / 2018
Respublika Partiyası baş nazir vəzifəsinə namizəd verməyəcək

Ermənistanın Respublika Partiyası baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, partiyanın parlament fraksiyasının açıqlamasında  erkən parlament seçkilərinin keçirilməsinə dair Ermənistan hökumətinin arqumentlərini qəbul etmədən, respublikaçılar baş nazir vəzifəsinə namizəd irəli sürmək niyyətində olmadıqlarını vurğulayıblar: 

“Bizim məqsədimiz  yaz aylarında seçkilərin keçirilməsi, demokratik prinsiplər əsasında yeni parlamentin yaradılmasını təmin etməkdir".

Bəyanatın müəllifləri vurğulayıb ki, seçkilərin 2019-cu ilin may-iyun aylarında keçirilməsi Seçki Məcəlləsində olan dəyişiklikləri parlament və qeyri-parlament qüvvələri, beynəlxalq təşkilatlar, Venesiya Komissiyası, ATƏT / DTİHB-i  ilə tam şəkildə müzakirə etməyə,  şəffaf seçkilərin keçirilməsi üçün lazımı texniki vasitələrin əldə edilməsinin beynəlxalq təşkilatlarla razılaşdırılmasına imkan verəcək.

P.Sultanova

Paylaş:
680

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər