Azərbaycan Fələstinə 200 min dollar yardım edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Fələstinə 200 min dollar yardım edib

10:44 - 10 / 10 / 2018
Azərbaycan Fələstinə 200 min dollar yardım edib

Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və islam həmrəyliyinə sadiqliyini nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin  Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East – UNRWA)  oktyabr ayında 200,0 min ABŞ dolları məbləğində yardım edib.

 Bu barədə 1news.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 1948-ci ildə yaradılmış UNRWA Yaxın Şərq regionunda 5 milyondan artıq fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. Cari ildə Agentliyin büdcəsində kəskin kəsrin yaranması bu təşkilatın normal fəaliyyətinə və proqramlarının davamlılığına əhəmiyyətli dərəcədə risk yaradıb.

Bununla əlaqədar olaraq, UNRWA-ya dəstəyin göstərilməsi məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif kampaniyalar həyata keçirilir, bir sıra ölkələr tərəfindən bu təşkilata əlavə yardımın edilməsi üçün addımlar atılır.

P.Sultanova

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər