Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Oktyabrın 12-də Özbəkistan Respublikasının Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
1news.az-ın məlumatına görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.
Qeyd edək ki, iclasdan Müdafiə nazirləri cari hərbi əməkdaşlıq və qarşıda duran məsələləri müzakirə ediblər.
1news.az
476