“Ən gözəl ombalı şagird” - Məktəbdə biabırçılıq – FOTO
Məktəbdə tərtib olunan "İlin mükafatları" cədvəli ölkədə qalmaqal yaradıb.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Derbişir qraflığında məktəbdə tərtib olunan cədvəldəki bəzi kateqoriyalar müzakirələrə səbəb olub.
Cədvələ görə, 15, 16 yaşlı uşaqlar bir-birini kateqoriyalara uyğun qiymətləndirməlidirlər. Ən çox səs alan şagirdlərin adları məktəb lövhəsindən asılacaq.
Lakin cədvəldə ən ağıllı, ən çalışqan, ən tərbiyəli kateqoriyaları ilə yanaşı "Ən yaxşı ombalı" və "Ən çox flört edən" bölmələrinə də yer verilib.
Bu valideynlərin qəzəbinə səbəb olub. Onlar lazımi orqanlara müraciət edərək məktəbdə uşaqlar üçün uyğun olmayan məsələlərin müzakirə olunduğunu qeyd ediblər.
Məktəb üzr istəmək məcburiyyətində qalıb.
1news.az