ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirib | 1news.az | Xəbərlər
Siyasət

ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirib

12:40 - 16 / 10 / 2018
ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirib

ATƏT-in bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirib. 

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçiriblər.

Babək Cahandarov

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər