Ermənistan parlamenti oktyabrın 24-də baş nazir seçəcək
Ermənistan parlamentinin oktyabrın 24-də xüsusi iclası keçiriləcək.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, iclasda baş nazir vəzifəsinə seçkilər keçiriləcək.
Xatırladaq ki, baş nazir Nikol Pashinyan dekabrda parlament seçkilərinin keçirilməsi üçün oktyabrın 16-da istefa verib.
Ermənistan konstitusiyasına əsasən, baş nazir və hökumətin istefasından sonra parlamentin fraksiyaları yeddi gün ərzində baş nazir postuna yeni namizəd göstərməlidir. Parlament baş nazir seçməsə, onda yeddi gün ərzində yeni seçkilər keçirilir. Baş nazirin ikinci dəfə də seçilmədiyi halda, parlament buraxılır.
Konstitusiyaya əsasən, erkən parlament seçkiləri qanunverici orqan buraxıldıqdan sonra 30 gündən tez və 45 gündən gec olmayaraq keçirilir.
1news.az