Sifətinə “qaz” buraxdığı üçün “Tesco”nu məhkəməyə verdi
“Tesco” şirkətinin əməkdaşı iş yoldaşının arxasını çevirərərk sifətinə “qaz” buraxdığı üçün supermarketi məhkəməyə verib.
1news.az xarici mediaya istinadla xəbər verir ki, 42 yaşlı Atif Masud Londonun cənubunda Tornton Hit filialında təcavüzə və irqi ayrı-seçkiliyinə məruz qaldığını iddia edərək 20 min funt sterlinq tələb edir.
Onun sözlərinə görə, “qaz” buraxmaq ələ salmaqdır və o, supermarketin heç bir üzrxahlığını qəbul etmir.
2006-cı ildən bu şirkətdə çalışan Masud, müsəlman olduğu üçün hədəf alındığını söyləyib. Hətta video müşahidə sistemindəki görüntülər nəzərdən keçirildikdən sonra onun şikayətini dəstəkləmək üçün kifayət qədər sübut tapıldığına baxmayaraq, “Tesco” əks iddialar irəli sürür.
Masud “Müsəlmanlar terroristlərdir”, “yalançı” kimi hədələr aldığını, təhqir edildiyini bildirib. Əlavə edib ki, ləyaqətinin alçaldılması, təhqir edilməsi, ayrı-seçkiliyə, pis münasibətə məruz qalması irqinə görədir.
“Tesco”-nun sözçüsü hadisə ilə bağlı bunları deyib: “Cinsindən, irqindən, kimliyindən və ya təhsilindən asılı olmayaraq Tesco hər kəsi salamlayır. Biz davam edən məhkəmə icraatı və ya bu işin xüsusiyyətlərini şərh edə bilmirik”.
Şikayət üzrə məhkəmə prosesi gələn il keçiriləcək.
Xatırladaq ki, “Tesco” Böyük Britaniyanın transmilli, ən iri pərakəndə marketlər şəbəkəsidir. 1924-cü ildə qurulan şirkətin ilk mağaza 1929-cu ildə London ətrafında açılıb.
1news.az