Kerçdəki kollecdə baş verən terror aktının görüntüləri yayılıb – VİDEO 18+ | 1news.az | Xəbərlər
Dünya

Kerçdəki kollecdə baş verən terror aktının görüntüləri yayılıb – VİDEO 18+

09:52 - 22 / 10 / 2018
Kerçdəki kollecdə baş verən terror aktının görüntüləri yayılıb – VİDEO 18+

Diqqət! Videoda zorakılıq əlamətləri var.

Krımın Kerç şəhərində politexnik kollecində baş verən terror aktının görüntüləri yayılıb.

1news.az-ın rus mətbuatına istinadla verdiyi xəbərə görə, müşahidə kameralarına düşən hadisəni bir nəfər törədir.

O, əvvəlcə əl çantasındakı partlayıcını hər kəsin gözü qarşısında binaya yerləşdirir. Partlayışdan sonra isə əlindəki tüfənglə qarşısına çıxanları güllələyir.

Qeyd edək ki, hadisə nəticəsində 21 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

S.Xankişiyeva

 

 

Paylaş:
2126

Son xəbərlər

Bütün xəbərlər