Nişanlısının qohumu ilə yatan qadının cəsədi tapıldı – “İşə gəlməsəm bilin ki...” - FOTO
“Birdən işə gəlməsəm, polisə xəbər verin”.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri 28 yaşlı tibb bacısı öldürülməzdən əvvəl iş yoldaşına deyib.
Britaniyada "Royal Stoke University Hospital"da işləyən tibb bacısının Kaversvalldan cəsədi tapılıb.
32 yaşlı Maykl Stirlinq ( Michael Stirling ) 28 yaşlı Samanta İstvudu ( Samantha Eastwood ) boğaraq öldürdüyünü etiraf edib. O, bildirib ki, daha sonra cəsədi tərk edilmiş duz mədəninə atıb.
Stirlinq Samantanın keçmiş nişanlısının bacısı ilə evli olub. O, arvadına Samanta ilə xəyanət edib.
Dostları bildirib ki, Samanta qorxurdu ki, Stirlinq münasibətləri barədə Keytiyə deyəcək.
Samanta öldürüldüyü günün səhəri iş yoldaşlarına işə gəlməsə, öldürülməsi ilə bağlı polisə xəbər vermək barədə mesaj yazıb.
O, işə 20 dəqiqə gecikdikdə iş yoldaşları polisə xəbər veriblər. Araşdırmalardan sonra Samantanın cəsədi tapılıb.
1news.az