Ermənistan parlamenti Paşinyanı baş nazir seçməyib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamenti Paşinyanı baş nazir seçməyib

16:21 - 24 / 10 / 2018
Ermənistan parlamenti Paşinyanı baş nazir seçməyib

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hökumət başçısı postuna namizədliyini qəbul etməyib.

1news.az xəbər verir ki, iclasda onun namizədliyini heç bir deputat dəstəkləməyib. Belə ki, 11 nəfər bitərəf qalıb, 1 nəfər əleyhinə səs verib.

Daha öncədən qeyd edilmişdi ki, parlamentdə keçiriləcək səsvermə zamanı o, baş nazir seçilməyəcəyi təqdirdə parlamentin buraxılacağı gözlənilir.

Qeyd edək ki, onun baş nazir vəzifəsinə namizədliyi "Yelk" partiyası tərəfindən irəli sürülüb.

1news.az

Paylaş:
558

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər