Şahzadənin həyat yoldaşı biabir oldu – FOTO | 1news.az | Xəbərlər
Dünya

Şahzadənin həyat yoldaşı biabir oldu – FOTO

11:00 - 25 / 10 / 2018
Şahzadənin həyat yoldaşı biabir oldu – FOTO

Sasseksk hersoginyası Meqan Marklın paltarında unutduğu etiketi onu pis vəziyyətdə qoyub.

1news.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, İngiltərə taxtının altıncı varisi Şahzadə Harri ilə xanımı Meqan Markl 16 günlük Avstraliya turunun 10-cu günündə Sakit Okean ölkəsi Tonqaya səfər edib.

Meqan Markl səfər üçün “Self Portrait” brendindən beli kəmərli və üzərində gül naxışları olan al-qırmızı libas seçib. Paltarın qiymətinin 444 dollar (təxminən 755 manat) olduğu məlum olub. Dəb ekspertləri Meqanın bu seçimini alqışlasa da, paltarında unutduğu qiymət etiketi detalı bütün dünyanın gündəm mövzusu olub.

Meqan midi paltarını “Manolo Blahnik” imzalı stilettolar və “Christian Dior”un klatçı ilə tamamlayıb.

S.Xankişiyeva

 

Paylaş:
2110

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər