Misirli qubernator: Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mərkəzdir | 1news.az | Xəbərlər
Siyasət

Misirli qubernator: Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mərkəzdir

13:22 - 26 / 10 / 2018
Misirli qubernator: Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mərkəzdir

6-cı Bakı Beynəlxalq Humanitar Forumu çox yüksək səviyyədə təşkil olunub. Burada iki gün ərzində müzakirə edilən mövzular çox aktual və vacibdir.

Bunu 1news.az-a Forumda iştirak edən Misirin Qalyubiya şəhərinin qubernatoru Alaa Abdelhalim Marzouk deyib. 

O bildirib ki, Forumda iştirakçı dövlətlərin sayının çoxluğu da onu göstərir ki, Azərbaycan həqiqətən də çox mühüm bir ölkədir, beynəlxalq tədbirlərin keçirildiyi mərkəzdir:

"Prezident İlham Əliyevin Forumda çıxışı olduqca mühüm və aktual mövzuları əhatə edirdi və bütün iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Çıxışda xalqlararası əlaqələrin artmasının, inteqrasiyanın vacibliyi vurğulandı. Prezident Dağlıq Qarabağ münaqişəsinə də toxundu və  ərazilərin işğaldan azad ediləcəyini israrla  bildirdi.

Azərbaycanın dövlət başçısı Misir də daxil olmaqla, bütün ölkələrin nümayəndə heyətlərini yüksək səviyyədə qarşıladı. Buna görə təşəkkürümüzü bildiririk".

Misir nümayəndəsi deyib ki, forumun ilk sessiyasının təhsilə həsr edilməsi bu sahəyə verilən əhəmiyyəti göstərir:

"Misirin dövlət başçısı da təhsilə böyük önəm verir və ona görə də 2019- cu il ölkəmizdə  təhsil ili elan edilib. Biz multikultiralizmə də böyük önəm veririk. Çünki bu vasitə ilə müxtəlif dinlər arasında birlik yaradılır. Forumda bütün bu kimi məsələlər diqqətdə oldu. Ümumiyyətlə,  bütün iştirakçılar tədbirin gedişindən razıdırlar".

Qonaq deyib ki, Bakı çox gözəl şəhərdir, burda elə yerlər var ki, ziyarət etdiyi digər şəhərlərdən daha gözəldir: "Azərbaycan xalqı çox gözəl mehriban, qonaqpərvər, mədəni  xalqdır. Heydər Əliyev Mərkəzi yüksək səviyyədə tikilib, həqiqətən də beynəlxalq bir mərkəz rolunu oynayır". 

P.Sultanova

 

 

Paylaş:
422

Son xəbərlər

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51
Bütün xəbərlər