Nəhəng ayı evə hücum çəkdi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Nəhəng ayı evə hücum çəkdi – VİDEO

10:23 - 26 / 10 / 2018
Nəhəng ayı evə hücum çəkdi – VİDEO

İki balası ilə meşə kənarında dolaşan ana ayı insanları görəndə qəzəblənib. O, insanların onun övladlarına xətər yetirəcəyini düşünüb və irəli atılıb.

Hadisə Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Bella Koola şəhərində yaşanıb.

Lourens Mixalçu üç övladı və arvadı ilə evə yenicə qayıtmışdı. O, həyətin kənarında ana ayını və iki ayı balasını görüb.

Mixalçuk ayıları qorxutmaq üçün qışqırıb. Onun bu qərarı çox yanlış olub:

“Ayı dönüb getmək istəyirdi. Qışqırığımı eşidən kimi dönüb hücuma keçdi. İki dəfə atəş açdım, qaçıb evə girdim. Ayı balaları ilə həyətdə bir qədər dolaşıb getdi”.

S.Xankişiyeva

 

Paylaş:
1654

Son xəbərlər

Bütün xəbərlər