19 yaşlı qadın 4 həftəlik uşağını ağladığına görə qətlə yetirib – FOTO
Yeniyetmə qadın 4 həftəlik övladını boğaraq öldürüb.
1news.az-ın milli.az-a istinadla verdiyi xəbərə görə, 19 yaşlı qadın 4 həftəlik oğlunu ağladığına görə qətlə yetirib.
ABŞ-ın Arizona ştatının Çandler ştatında yaşayan Cena Folvel (Jenna Folwell) adlı qadın yeni doğulan körpəsini ağlamasın deyə vannada boğub, öldürüb.
Cena övladını öldürdükdən sonra polisə zəng edərək uşağının oğurlandığını iddia edib. Axtarışlardan sonra Cena şübhəli kimi saxlanılıb. Onun telefonunu yoxlayan polislər dəhşətə gəliblər.
Belə ki, qadının əvvəllər "Google"da "necə uşaq öldürmək olar", "uşaq öldürməyin yolları", "dərhal ölüm" kimi axtarışlar etdiyi məlum olub.
Cena ifadəsini dəyişmək məcburiyyətində qalıb. O, uşağı ilə birlikdə çimərkən huşunu itirdiyini, ayılanda isə onun öldüyünü söyləyib.
Polislər Cenadan telefonundakı axtarışlar barədə soruşduqda o, uşağını öldürdüyünü etiraf etmək məcburiyyətində qalıb.
"Uşağımın ağlamaq səsinə dözə bilmirdim deyə onu öldürdüm".
S.Xankişiyeva