13 yaşlı baldızına qarşı DƏHŞƏTLİ ƏMƏL: meşədə əl-ayağını bağladı və… - FOTO
Türkiyənin Osmaniye vilayətinin Kadirli mahalında tükürpədici bir hadisə baş verib.
1news.az-ın məlumatına görə, Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Əmrah A. (30) adlı biri 13 yaşındakı baldızını telefon alacağı vədi ilə evə çağırıb.
Ardınca azyaşlı qızı Sumbas mahalında meşəlik əraziyə apararaq zorlayıb. Bundan sonra isə qızın əllərini və ayaqlarını iplə bağlayıb avtomobilin yük hissəsinə qoyub və başqa bir kəndə aparıb. Əmrah A. burada da qıza təcavüz edib. O, qızla birlikdə kəndə qayıdarkən həyat yoldaşının polisə şikayəti ilə saxlanılıb.
Barəsində həbs qərarı verilən Əmrah A. Osmaniye T tipli həbsxanaya göndərilib.
1news.az
2045