Ronaldu “Real”dan getməsinin əsl səbəbini açıqladı: "Mənə elə baxırdı ki..." | 1news.az | Xəbərlər
Futbol

Ronaldu “Real”dan getməsinin əsl səbəbini açıqladı: "Mənə elə baxırdı ki..."

14:02 - 30 / 10 / 2018
Ronaldu “Real”dan getməsinin əsl səbəbini açıqladı: "Mənə elə baxırdı ki..."

“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu bəyan edib ki, “Real” komandasından klubun prezidenti Florentino Peresə görə ayrılıb.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, portuqaliyalının sözlərini “France Football” nəşri sitat gətirir.

“Mən hiss edirdim ki, klub və onun prezidenti Peresin mənə qarşı münasibəti dəyişmişdi. İlk 4-5 ildə mən özümü Kriştianu Ronaldu kimi hiss edirdim. Sonra bu olmadı. Prezident mənə elə baxırdı ki, elə bil mən daha əvəzolunmaz deyiləm”, – Ronaldu qeyd edib.

Portuqaliyalı qeyd edib ki, Peres onun “Real”dan getməsinin qarşısını almaq istəmirdi. O, həmçinin əlavə edib ki, “Yuventus”a keçidi pulla əlaqədar deyil:

“Əgər mən daha çox pul istəsəydim, Çinə gedərdim. Fərq ondadır ki, “Yuventus” məni istəyirdi”.

Ronaldu həmçinin qeyd edib ki, altıncı dəfə “Qızıl top” almaq üçün layiqli namizəddir.

1news.az

Paylaş:
2563

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər