Daş atan fələstinli bir andaca məşhurlaşdı - FOTO
Ötən həftənin bazar ertəsi fotosu çəkilən fələstinli Aed əbu Əmro indi dünyaca məşhurdur. Onun fotosu sosial şəbəkələrdə sürətlə yayılır.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Fələstinin Qəzza bölgəsində keçirilmiş etiraz aksiyasında çox parlaq obraz yaranıb. Bir əlində sapand, o biri əlində Fələstin bayrağı tutmuş əbu Əmronun məşhurlaşan fotosunu "Anadolu" agentliyinin fotoqrafı Mustafa Hasuna çəkib.
Sosial şəbəkələrdə bu fotonu 19-cu əsrin məşhur fransız rəssamı Ejen Delakruanın "Xalqı arxasınca aparan Azadlıq" əsərinə bənzədirlər.
20 yaşlı Aed əbu Əmro Al Jazeera telekanalına müsahibə verib.
Qəzza bölgəsinin İsraillə sərhədinin yaxınlığındakı Əl Zeytun şəhərində yaşayan Aed əbu Əmronun dediyinə görə, hər bazar ertəsi və cümə günləri etiraz aksiyalarına qatılır.
"Fotomun belə məşhurlaşmasından xəbərim yoxdu. Özümlə həmişə Fələstinin bayrağını aparırlar. Dostlarım deyirlər ki, bir əldə bayraq tutub sapandla daş atmaq rahat deyil. Amma mən öyrəşmişəm", - əbu Amro deyib.
Foto Qəzza bölgəsinin şimalında, Beyta Lahiyada çəkilib.
Fotonun Delakruanın əsərinə bənzədiyinə ilk diqqət çəkən Londondakı Yaxın Şərq və Afrika Tədqiqatları Universitetinin (School of Oriental and African Studies, SOAS) professoru Laleh Xəlili olub.
Fələstinin Qəzza bölgəsinin İsraillə sərhədləri boyu mart ayından bəri etiraz aksiyaları keçirilir. Bu aksiyalar başlanandan üzübəri 217 dinc fələstinli və bir israilli əsgər həlak olublar.
1news.az