Rusiyada qadın polis iş otağında zabitlər tərəfindən zorlandı – VİDEO
Rusiyada biabırçı hadisə baş verib.
1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, hadisə Ufa şəhərində qeydə alınıb. Rusiya mətbuatının yazdığına görə, təcavüz hadisəsi şəhər polis idarəsində baş verib.
İdarədə çalışan polis zabiti olan qadın həmkarlarından birinin otağına daxil olub. Qadın otağa girərkən içəridə daha 3 polis zabiti olub.
Qadın içəri girəndə polis zabitləri onu tutublar. Onlar qadını yerə yıxaraq soyundurublar və səhərə qədər zorlayıblar.
Həmkarını zorlayan polis zabitləri həmin vaxt sərxoş olublar.
Hadisənin səhəri günü təcavüzə uğrayan polis zabiti bu barədə məhkəməyə şikayət edib. Onu zorlayan zabitlər saxlanılıblar.
Həmkarlarını zorlayan polis zabitləri daxili işlər orqanlarından xaric olunublar. Onlar barədə cinayət işi başlanılıb.
Qeyd edək ki, zorlanan qadın yüksəkrütbəli zabitin qızıdır.
1news.az