KTMT yeni baş katibi Bakı hərbi məktəbinin məzunu ola bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə Belarusun Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Zasyanın təyin olunması müzakirə edlir.
1news.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.
Qeyd edilib ki, iştirakçı ölkələr tərəfindən yekun qərar noyabrın 8-də veriləcək.
Noyabrın 8-də Astanada KTMT-yə üzv ölkələrinin (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan) rəhbərlərinin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Həmin iclasda quruma baş katib seçiləcəyi gözlənilir.
Qeyd edək ki, ötən həftə KTMT-nin baş katibi Yuri Xaçaturov erməni tərəfinin təşəbbüsü ilə vəzifəsindən geri çağırılıb. O, 2008-ci il 1 mart hadisələrində günahlandırılır.
Belarusun namizədi S.Zas 1985-ci ildə Bakı Ali Hərbi Komandanlıq Məktəbini bitirib.