Elmar Məmmədyarov: Azərbaycan torpaqlarının işğal olunmasından əziyyət çəkir | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Azərbaycan torpaqlarının işğal olunmasından əziyyət çəkir

11:31 - 05 / 11 / 2018
Elmar Məmmədyarov: Azərbaycan torpaqlarının işğal olunmasından əziyyət çəkir

Azərbaycan ədalətsizlikdən, o cümlədən torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunmasından əziyyət çəkir.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fələstin dövlətinin Asiya qitəsindəki səfirlərinin konfransında deyib.

Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilmir.

E.Məmmədyarov bildirib ki, işğal olunmuş ərazilərdə azərbaycanlılar etnik təmizləməyə məruz qalıb.

1news.az

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər