11 yaşlı oğlan nənəsini öldürdükdən sonra intihar etdi | 1news.az | Xəbərlər
Dünya

11 yaşlı oğlan nənəsini öldürdükdən sonra intihar etdi

11:48 - 05 / 11 / 2018
11 yaşlı oğlan nənəsini öldürdükdən sonra intihar etdi

ABŞ-ın Arizona ştatının Liçfild şəhərində nəvə öz nənəsini öldürüb, sonra da intihar edib.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, yaşı 18-dən az olduğuna görə adı mətbuata açıqlanmayan oğlan nənəsini televizora baxdığı anda arxadan güllələyib.

Güllə səsini eşidən baba gülələnmiş xanımına kömək etmək istəyəndə yenidən silah səsləri eşidib və nəvəsinin yerə yıxıldığını görüb.

O, dərhal polisə xəbər verib.

Kişinin dediyinə görə, nəvələrindən dəfələrlə evi təmiz saxlamağı xahiş etsələr də, buna əməl etməyib.

1news.az

Paylaş:
1615

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər