Rus əsgərini öldürən İSİD tərəfdarı erməniyə 22 il həbs cəzası | 1news.az | Xəbərlər
Ermənistan

Rus əsgərini öldürən İSİD tərəfdarı erməniyə 22 il həbs cəzası

15:23 - 06 / 11 / 2018
Rus əsgərini öldürən İSİD tərəfdarı erməniyə  22 il həbs cəzası

Ermənistanın Şirak vilayət məhkəməsi Rusiyanın müqavilə əsasında xidmət edən hərbiçisini öldürdüyü üçün Arman Cancuqazyanı 22 il müddətinə azadlıqdan məhrum edib.

1news.az “interfax”a istinadla xəbər verir ki,  Cancuqazyan həbs edildikdn sonra İŞİD terror təşkilatının tərəfdarı olduğunu etiraf edib.

Ona Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi -dini, irqi nifrət, və qeyri-qanuni soyuq silah saxlamaq ittihamları irəli sürülüb.

Eyni zamanda məhkəmə ekspertizası təqsirləndirilən şəxsin psixi xəstəlikdən əziyyət çəkdiyini ortaya qoyub.

Təqsirləndirilən şəxs öz günahını etiraf edib.

Daha əvvəl xəbər verildiyi kimi, Ermənistandakı Rusiya hərbu bazasının 20 yaşlı əsgəri Dmitri Yalpayev ötən il 22 aprel tarixində qətlə yetirilib.

P.Sultanova

Paylaş:
577

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər