Ermənistan parlamentinin spikeri seçkilərə qatılmayacaq | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamentinin spikeri seçkilərə qatılmayacaq

13:35 - 07 / 11 / 2018
Ermənistan parlamentinin spikeri seçkilərə qatılmayacaq

Ermənistan parlamentinin spikeri Ara Babloyan erkən parlament seçkilərində iştirak etməyəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Babloyan özü bildirib.

O deyib ki, nə özü, nə də oğlu seçkilərə qatılmayacaq. Bununla belə, Babloyan Respublika Partiyasının dekabrın 9-da keçiriləcək parlament seçkilərində iştirak etməli olduğunu vurğulayıb.

Partiyanın şanslarına gəlincə o deyib: "Necə qiymətləndirdiyimi deyə bilmərəm, amma onu bilirəm ki, Respublika Partiyasının ciddi insan və peşəkar potensialı var. Hesab edirəm ki, bu potensialdan istifadə olunmalıdır ".

P.Sultanova

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər