"ABŞ-ın Ermənistana təzyiqi davam edəcək"
Hay Dat mərkəzi ofisinin və “Daşnaksyutun”un siyasi məsələlər üzrə rəhbəri Kiro Manoyan ABŞ-ın Ermənistana qarşı təzyiqlərinin davam edəcəyini bildirib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Manoyan buna səbəb kimi İrəvanın Tehranla münasibətlərini göstərib.
“Təzəyiqlər davam edir, çünki ABŞ belə qərar verib. Bunun nə qədər ədalətli olması başqa məsələdir. Lakin Avropa İttifaqının ABŞ-ın yanaşması ilə razı olmadığını nəzərə alsaq, bu, belə deməyə əsas verir ki, hər hansı səbəblərdən Vaşinqton tək qərar verir”.
Erməni siyasətçi məsələnin çox çətin olduğunu etiraf edib: “Eyni anda ABŞ-ı razı salmaq və İranla əlaqələri saxlamaq mümkün deyil. ABŞ-ın erməni diasporu hakimiyyətə izah etməlidir ki, Ermənistanın başqa alternativi yoxdur. Ermənistan İranla iqtisadi münasibətlərin inkişafını davam etdirməli, ABŞ və Aİ ilə izahlı iş aparmalıdır”.
P.Sultanova