Boşanmaq istəyən kişi hamilə həyat yoldaşını və 2 qızını boğaraq öldürdü – FOTO – VİDEO
Amerikada hamilə həyat yoldaşını və iki azyaşlı uşağını qətlə yetirən şəxs ölüm cəzasından qaçmaq üçün günahını boynuna alıb.
1news.az-ın məlumatına görə, Big.az dailymail.co.uk- a istinadən xəbər verir ki, Koloradodan olan Kristofer Uotts həyat yoldaşı Şenan və iki qızı Bella və Selestanı xüsusi amansızlıqla boğaraq öldürüb. Daha sonra isə cəsədləri atdığını deyib.
Uotts məhkəmədə ifadəsi zamanı bildirib ki, hadisədən 2 saat əvvəl Şennandan ayrılmaq istədiyini dilə gətirib. Həyat yoldaşı isə buna etiraz edib. Kristofer isə arvadı və azyaşlı qızlarını öldürmək qərarına gəlib. Qeyd edək ki, o, həyat yoldaşını xüsusi amansızlıqla öldürüb.
Əvvəlcə törətdiyi əməlləri inkar edən cani daha sonra hakim ona günahını boynuna aldığı halda ölüm cəzası verilməyəcəyini dedikdən sonra cinayətini etiraf edib.
34 yaşlı həyat yoldaşı Şenan, iki və dörd yaşlı qızları Selesta və Bellanı boğaraq öldürən ata daha sonra cəsədləri aradan götürüb.
Polis onların cansız bədənlərini neft tankerində tapıb. İndi cani ata həyatının qalan hissəsini həbsdə keçirəcək.
Onun həyat yoldaşı Şenan 15 həftəlik oğlan uşağına hamilə idi.
1news.az