Dünyanın ən varlı dilənçiləri — TOP ONLUQ
Adətən küçədə dilənən insanların bəziləri oliqarx həyatı sürür.
1news.az-ın Ölkə.Az-a istinadla verdiyi xəbərə görə, belə dilənçilərin bəzilərinin milyonlarla dolları var, bahalı evlərdə yaşayırlar və bahalı maşınlar sürürlər.
Dünyanın ən varlı dilənçilərinin siyahısını təqdim edirik:
1.Saymon Rayt
Peşəkar dilənçidir. 37 yaşlı London sakini həftə içi hər gün 8 saat, istirahət günləri isə daha çox London küçələrində dilənir. O, köhnə paltar geyinir və iti ilə gəzir. Onun illik gəliri 50 min dollardan çoxdur. Saymon axşamlar 300 min funt sterlinq dəyəri olan evində yaşayır.
2.Eyşa
Gününü Ciddə küçələrində dilənməklə keçirən 100 yaşlı qadındır. Eyşa kor olub və küçədə oturaraq dilənib. İnsanlar kor və yaşlı qadını görüb ona pul verirmişlər. Dilənçi əlindəki şüşə qabı insanlara uzadıb pul istəyirmiş. Eyşa dünyasını dəyişəndə 880 min dollar pul, 220 min dollarlıq zinət əşyası və daşınmaz əmlakının olduğu üzə çıxdı. O, bütün sərvətini evsizlərə bağışladı.
3.Sambaci Kale
Bombeydə yaşayır. Günlərini ailəsi ilə dilənməklə keçirir. Gün ərzində ailə 1000 rupi qazanır. Onların artıq bank hesabları və investisiya şirkətində sərmayələri var. Dilənçiliyi çoxdan buraxıb dəbdəbəli mənzil və ya iki villadan birində yaşaya bilərdilər.
4.Krişna Kumar Gite
Bombeyin növbəti dilənçisidir. Kasıb görünmək üçün cım-cındır geyinir. Amma əslində ona pul verənlərdən imkanlıdır. Gün ərzində 1500 rupi qazanır və şəxsi mənzilində yaşayır.
5.İrvin Kori
97 yaşlı Nyu-York sakinidir. Uzun illər əvvəl Vudi Allen və Ceki Qlisslə birlikdə aktyor kimi işləyib. Manhettendəki prestijli rayonda dəbdəbəli mənzili var.
Gün ərzində 100-250 dollar qazanır. Əldə etdiyi pulu Kuba uşaqları üçün yaradılmış xeyriyyə fonduna keçirir. Pulun bir hissəsini qəzetlərə sərmayə kimi qoyub və bu qəzetləri küçələrdə satır.
6.Laksmi Das
Şimali Kəlküttənin izdihamlı küçələrindən birində artıq 44 ildir ki, dilənçilik edir. 16 yaşından qənaətlə dolanır. Amma 60 yaşı olanda banka 4 vedrədə 90 kq qəpik aparıb.
7.Adsız kişi
Küçədə dilənən adı naməlum kişidir. Küçədən təsadüfən keçən şəxs onun fotosunu çəkib. O, qızı ilə birlikdə dilənir. Çox çirkli və kasıb geyimdədir. Amma diqqətlə baxsaq, paltosunun cibində “Mercedes” markalı avtomobilin açarını görərik.
8.Uill Anderson
Nyu-Yorkun 43 yaşlı sakinidir. Əvvəllər teatrda işləyib. Riz adlı iti ilə hər gün küçələrdə dilənir. Bir saata 200 dollar qazanır.
9.Qeri Tompson
Əlil arabası ilə hərəkət edir. Amma əslində həm fiziki, həm də psixi cəhətdən sağlamdır. Əlil arabası ilə insanların ürəyini yumşaldıb pul qazanır. İl ərzində 100 min dollardan çox qazanır.
10.Massu
Hindistanlı dilənçidir. “İşə” maşınla gəlir və paltarını dəyişərək gün ərzində 8-10 saat dilənir. Gün ərzində 15 min rupi qazanır və milyonçudur. Ona pul verənlər əslində Massudan kasıb olduqlarını alnamırlar.
S.Xankişiyeva