Sarkisyan: Respublikaçılar mütləq seçkilərdə iştirak etməlidirlər | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyan: Respublikaçılar mütləq seçkilərdə iştirak etməlidirlər

11:57 - 07 / 11 / 2018
Sarkisyan: Respublikaçılar mütləq seçkilərdə iştirak etməlidirlər

Ermənistanın Respublika Partiyası qarşıdakı parlament seçkilərində mütləq iştirak etməlidir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu sabiq müdafiə naziri Viqen Sarkisyan bildirib.

Onun sözlərinə görə, hakimiyyət dəyişikliyindən sonra siyasi partiya geri çəkilməməli, əksinə, yeni statusla xalqına xidmət etməlidir:

"Müxalifət olmaq bir güzəşt, inzibati rıçaq və yüksək ictimai mövqe deyil. Bu, sözlərlə yox, əməllərində səhvlərini etiraf etmək üçün şərəfli bir fürsətdir.

Uzun müddətdir hakimiyyətdə olan bir partiyanın sadəcə öz təcrübəsini, biliklərini, peşəkar komandasını toplayıb, ictimai həyatı tərk etməyə haqqı çatmır".

P.Sultanova

Paylaş:
552

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər