Keçmiş hərbçi bara hücum edərək 13 nəfəri öldürdü - VİDEO
ABŞ-ın Kaliforniya ştatının cənubunda xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən silahlı insident baş verib.
1news.az-ın məlumatına görə, hadisə Los-Anceles yaxınlığındakı Tausend Ouks şəhərində yerləşən “Borderline Bar and Grill” barında qeydə alınıb.
Belə ki, silahlı bir şəxs bara hücum edərək ətrafdakılara atəş açmağa başlayıb.
Gülləbaranda biri polis olmaqla 13 nəfər həlak olub, xeyli sayda insane yaralanıb. Həlak olanların və yaralananların çoxu gənclərdir.
Polis bara hücum edən şəxsin dəniz qoşunlarında xidmət etmiş keçmiş hərbçi, Əfqanıstanda xidmət etmiş 28 yaşlı David Lonq olduğunu açıqlayıb. Onun niyə belə addım atdığı isə hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
1news.az
398