Hərbi gəmi tankerlə toqquşdu, batmağa başladı – VİDEO – FOTO
Dünən Norveçin qərbində, Hordaland bölgəsinin sahillərində, Bergen şəhərinin yaxınlığında Norveçin Kral Hərbi-Dəniz Qüvvələrinin "KNM Helge İngstad" freqatı Malta bayrağı altında üzən "Sola TS" neft tankeri ilə toqquşub.
Hadisə NATO-nun "Trident Juncture" təlimlərində baş verib.
Az sonra toqquşmuş gəmilərə "Tenax" buksiri dəyib.
Milli.az Daily Mail-ə istinadən bildirir ki, Norveç HDQ-nin ən böyük hərbi gəmisi olan "Helge Ingstad" toqquşma nəticəsində zədələnib, suya oturub və batmağa başlayıb.
137 nəfərlik heyəti olan freqatın tankerlə toqquşması nəticcəsində 8 nəfər yaralanıb. Yaralı dənizçilərin 6 nəfərinə hadisə yerində yardım göstərilib, 2 dənizçi hospitala aparılıb.
Freqat neft terminalına buksir edilib və onun batma təhlükəsi aradan qalxıb.
650 min barrel neft daşıyan tankerdən dənizə neft sızması təzlükəsi yoxdur. "Sola TS"nin 25 nəfərlik heyətindən kimsə xəsarət almayıb.
1news.az